Neft yenidən bahalaşır

Neft yenidən bahalaşır "Brent" markalı neftin qiyməti 45 dollar/barelə çatıb
Energetika
24 Noyabr , 2015 09:25
Neft yenidən bahalaşır

Bakı. 24 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,29 dollar və yaxud 0,70% bahalaşaraq 41,75 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,17 dollar və ya 0,38% bahalaşaraq 44,83 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi