Neft yenidən bahalaşır

Neft yenidən bahalaşır Çində sənaye istehsalı fevral ayında illik müqayisədə 35,1% artıb
Energetika
15 Mart , 2021 10:34
Neft yenidən bahalaşır

Dünya bazarında neftin qiyməti bazar ertəsi səhər saatlarında investorların iqtisadiyyatın bərpa olunması və yanacağa tələbatın yaxşılaşması ətrafındakı nikbinliyi ilə inamla artır.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:22-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 0,72% artaraq bir barel üçün 69,72 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0,84% artaraq 66,16 dollar/barelə çatıb.

İnvestorlar koronavirusun səbəb olduğu böhrandan sonra qlobal iqtisadiyyatın bərpasına nikbin baxırlar. Belə ki, ticarət iştirakçıları dünyada ikinci böyük neft istehlakçısı olan Çindən gələn yeni makroiqtisadi məlumatlara diqqət ediblər.

Çində sənaye istehsalı fevral ayında illik müqayisədə 35,1% artıb. Yanvarda isə bu artım 7,3% olmuşdu. Bu artım göstərici 30% civarında olacağını proqnozlaşdıran analitiklərin gözləntilərini də üstələyib. Eyni zamanda Çində pərakəndə satışların artımı fevral ayında 33,78% təşkil edib. Bu göstərici yanvar ayında - 4,78% təşkil edirdi.

İngilis versiyası Oil prices up 

Son xəbərlər

Orphus sistemi