Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb "Brent" markalı neftin qiyməti 65 dollar həddini keçib
Energetika
21 May , 2015 08:16
Neft yenidən bahalaşıb

Bakı. 21 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,99 dollar yaxud 1,71% bahalaşaraq 58,98 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,58% yaxud 1,01 dollar irəliləyərək 65,03 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 66 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi