Neft ucuzlaşmağa davam edir

Neft ucuzlaşmağa davam edir Bu gün keçirilən hərraclarda neftin qiymətləri bir qədər də azalıb ki, bu da bazarlardakı tarazlığın pozulacağı ehtimallarının üstünlük qazanması ilə bağlıdır
Energetika
11 Sentyabr , 2020 10:57
Neft ucuzlaşmağa davam edir

Bu gün keçirilən hərraclarda neftin qiymətləri bir qədər də azalıb ki, bu da bazarlardakı tarazlığın pozulacağı ehtimallarının üstünlük qazanması ilə bağlıdır.

“Report” xəbər verir ki, “Brent” markalı neft 0,37 faiz ucuzlaşaraq 39,91 ABŞ dollarına, “WTI” markalı neft isə 0,27 faiz ucuzlaşaraq 37,2 ABŞ dollarına satılıb.

Koronavirus pandemiyası nəticəsində neft bazarında xeyli azalan tələbatın yenidən dirçələcəyinə olan ümidlər ABŞ-da kommersiya ehtiyatlarının artması xəbərlərilə doğrulmadı. Belə ki, 28 avqust – 4 sentyabr tarixlərində ABŞ-dakı neft ehtiyatlarının 0,4 faiz artaraq 500,4 milyon barelə çatdığı açıqlanmışdı.

“Reuters” xəbər verir ki, ekspertlərin fikrincə bunun bir səbəbi də bu yaxınlardakı Laura tropik qasırğası nəticəsində dayandırılan neftayırma müəssisələrinin istehsalı azaltmalarıdır.

Son xəbərlər

Orphus sistemi