Neft ucuzlaşır

Neft ucuzlaşır Ardıcıl 3 günlük artımdan sonra dünya bazarlarında neftin qiyməti düşməyə başlayıb.
Energetika
29 İyun , 2022 10:20
Neft ucuzlaşır

Ardıcıl 3 günlük artımdan sonra dünya bazarında neftin qiyməti düşməyə başlayıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,76% ucuzlaşaraq 1 bareli 112,93 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,66% aşağı düşərək 1 bareli 111,02 ABŞ dolları təşkil edib.

Neftin qiymətinin əvvəlki günlərdə artması bir neçə amildən qaynaqlanır. Bir tərəfdən, G7 ölkələri Rusiyadan neft və neft məhsullarının dənizlə daşınmasına tam qadağanın tətbiqi məsələsini müzakirə edəcəklərini bəyan edib. Digər tərəfdən, Fransa Prezidenti Emmanuel Makron BƏƏ və Səudiyyə Ərəbistanının neft hasilatını artıracağına əmin olmadığını bildirib.

Bundan Amerika Neft İnstitutu (API) ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı məlumatları açıqlayıb. Məlumata görə, iyunun 24-dək olan həftə ərzində ABŞ-da neftin strateji ehtiyatları 3,8 milyon barel azalıb, analitiklər isə 0,1 milyon barel azalmanın qeydə alınacağını gözləyirdilər.

İngilis versiyası Oil prices decline

Son xəbərlər

Orphus sistemi