Bakı. 2 oktyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,35 dollar yaxud 0,77% ucuzlaşaraq 44,74 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft də 0,68 dollar və ya 1,40% ucuzlaşaraq 47,69 dollar/barelə enib.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.