Neft tələbin artacağı ilə bağlı nikbinlik fonunda bahalaşır

Neft tələbin artacağı ilə bağlı nikbinlik fonunda bahalaşır “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 51,67 dollar/barelə, WTI markalı neftin fevral fyuçersləri isə 48,5 dollar/barelə yüksəlib
Energetika
210
24 Dekabr , 2020 14:33
Neft tələbin artacağı ilə bağlı nikbinlik fonunda bahalaşır

Dünya bazarında neft qiymətləri cümə axşamı səhər saatlarında ABŞ-da xammalın azalmasına dair məlumatların yayımlanmasından sonra tələbatla bağlı narahatlıqların azalması fonunda yüksəlməkdədir, investorlar həmçinin “Brexit” üzrə razılaşma gözləyirlər.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmələrin məlumatları göstərir.

Bakı vaxtı ilə saat 08:40-a məlumata görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,84 % bahalaşaraq bir barel üçün 51,67 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,79 % dəyər qazanaraq bir barel üçün 48,5 ABŞ dollarına çatıb. “Brent”in fevral fyuçersləri isə, öz növbəsində, 1,07 % bahalaşaraq 51,76 dollar/barelə çatıb.

ABŞ-ın neft və benzin ehtiyatlarının azalması investorların tələbin yaxşılaşmasına dair ümidlərini artırıb. Çərşənbə günü rəsmi məlumatlar ölkədəki benzin ehtiyatlarının həftə ərzində 1,1 milyon barel azalaraq 237,8 milyon barrelə düşdüyünü göstərib. Eyni zamanda distillatların ehtiyatları 2,3 milyon barel azalaraq 148,9 milyon barelə düşüb. Neft ehtiyatları isə 0,6 milyon barel azalıb.

“ABŞ-da neft və yanacaq ehtiyatlarının azalması, eyni zamanda “Brexit” üzrə potensial razılaşmasının əlamətləri dolları zəiflədib və bu, bazar üçün xoş xəbər olub”, - “Reuters” agentliyi “Nissan Securities” şirkətinin tədqiqatlar şöbəsinin baş meneceri Hiroyuki Kikukavadan sitat gətirib.

Çərşənbə günü Avropa İttifaqı ilə Böyük Britaniya arasında gələcək tərəfdaşlığa dair razılaşma ilə bağlı danışıqların artıq son mərhələdə olduğu məlum olub. Daha sonra KİV-də tərəflərin ticarət sazişini çərşənbə axşamı və ya cümə axşamı səhər elan edə biləcəyi xəbəri yayıldı.

ABŞ dollarının ucuzlaşması “qara qızıl”ın qiymətini dəstəkləyir, çünki zəif dollar xarici mülkiyyətçilər üçün xammalları, o cümlədən nefti ucuzlaşdırır.

Son xəbərlər

Orphus sistemi