Dünya bazarında neftin qiyməti aşağı düşüb.
“Report” xəbər verir ki, investorlar Rusiya və Ukrayna arasında vəziyyəti izləyir və tədarüklə bağlı fasilələrin yaranması ehtimalını qiymətləndirlər.
Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 0,03% ucuzlaşaraq, 1 bareli 91,35 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,17% aşağı düşərək, 1 bareli 90,06 ABŞ dolları təşkil edib.
Neft Ukrayna və Rusiya arasında cərəyan edən hadisələrlə bağlı xəbərlərə reaksiya verir. İki ölkə arasında münasibətlərin gərginliyi tədarüklə bağlı fasilələrin baş verməsi riski yaradır. Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden arasında mümkün görüş haqqında xəbərlər bu riskin bir qədər azalmasına səbəb olub.
Bundan başqa, investorlar ABŞ və İran arasında danışıqları izləyirlər. Danışıqların uğurla yekunlaşması İran neftinin təkrar dünya bazarlarına qayıtmasına, bununla da əlavə təklifin formalaşmasına səbəb ola bilər.