Neft strateji ehtiyatlardan istifadə gözləntisi fonunda ucuzlaşıb

Neft strateji ehtiyatlardan istifadə gözləntisi fonunda ucuzlaşıb Böyük ölkələrin strateji ehtiyatlarından istifadə gözləntisi fonunda dünya bazarında neftin qiyməti “qırmızı zona”da qalmaqda davam edir.
Energetika
18 Noyabr , 2021 17:05
Neft strateji ehtiyatlardan istifadə gözləntisi fonunda ucuzlaşıb

Böyük ölkələrin strateji ehtiyatlarından istifadə gözləntisi fonunda dünya bazarında neftin qiyməti “qırmızı zona”da qalmaqda davam edir.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15.19-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,3% ucuzlaşaraq, 1 bareli 80,04 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,36% azalaraq, 1 barel üçün 77,27 ABŞ dolları təşkil edib.

ING şirkətinin analitikləri hesab edirlər ki, neftin ucuzlaşması ABŞ-ın ehtiyatlarından istifadə etməsi ehtimalı ilə bağlıdır.

Daha əvvəl ABŞ Prezidenti Cozef Baydenin Çin lideri Si Cinpindən neft ehtiyatlarını "üzə çıxarmağı" xahiş etdiyi bildirilirdi.

Son xəbərlər

Orphus sistemi