Yuxarı

Neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə üç şəxsə Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

İbrahimov Şikar Allahverdi oğlu

İslamov İslam Zəli oğlu

Yusubov Namaz Puti oğlu.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi