Neftin qiymətləri yenidən artmağa başladı

Neftin qiymətləri yenidən artmağa başladı May fyuçersləri 0,17 faiz bahalaşaraq 63,24 dollardan satılıb
Energetika
113
19 Aprel , 2021 20:31
Neftin qiymətləri yenidən artmağa başladı

Bu gün günorta saatlarında bir qədər aşağı düşən neft qiymətləri axşam hərracları zamanı yenidən artıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin iyun fyuçersləri 0,12 faiz bahalaşaraq 66,86 ABŞ dollarından, WTI markalı neftin iyun fyuçersləri 0,22 faiz bahalaşaraq 63,33 dollardan, may fyuçersləri isə 0,17 faiz bahalaşaraq 63,24 dollardan satılıb.

Xatırladaq ki, ötən həftə iqtisadiyyatın dirçəlişi ilə bağlı gözləntilər, habelə Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən neftə tələbat proqnozunun artırılması nəticəsində orta hesabla 6 faizədək bahalaşan neft bu gün günorta hərraclarında 0,2 faiz ucuzlaşmışdı. Hazırda koronavirusa yoluxmaların artması ilə qeyri-müəyyənlik davam etdiyi üçün davamlı qiymət artımı ehtimalının az olduğu bildirilir.

İngilis versiyası Oil prices go up 

Son xəbərlər

Orphus sistemi