Neft qiymətləri tərəddüd edir

Neft qiymətləri tərəddüd edir Neft qiymətləri bu günkü artımdan sonra yenidən azalıb.
Energetika
13 Dekabr , 2021 16:04
Neft qiymətləri tərəddüd edir

Dünya bazarında neft qiymətləri bu günkü artımdan sonra yenidən azalıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15-ə olan vəziyyətə görə “Brent” markalı neftin fevral fyüçersləri 0,05 faiz bahalaşaraq 75,19 ABŞ dollarından, “WTI” markalı neftin yanvar fyüçersləri isə 0,14 faiz ucuzlaşaraq 71,57 dollardan satılıb.

Günün birinci yarısında isə hər iki marka müvafiq olaraq 1,34% və 1,28% bahalaşmışdı.

Ekspertlərə görə, koronavirusun “omikron” növünə dair şübhələrin səngiməsi neft bazarında “bədbinliyi" dəf edib. Bununla yanaşı, bazar iştirakçılarının diqqəti bu gün açıqlanacaq OPEC+ hesabatına yönəlib.

İngilis versiyası Oil prices rise over 1%

Son xəbərlər

Orphus sistemi