OPEC+ sazişi ətrafındakı qeyri-müəyyənliklər fonunda neft ucuzlaşır

OPEC+ sazişi ətrafındakı qeyri-müəyyənliklər fonunda neft ucuzlaşır OPEC+ iclaslarının təxirə salınması xəbərindən sonra neft qiymətləri mülayim tərzdə azalmağa başlayıb.
Energetika
1 Dekabr , 2020 12:59
OPEC+ sazişi ətrafındakı qeyri-müəyyənliklər fonunda neft ucuzlaşır

OPEC+ iclaslarının təxirə salınması xəbərindən sonra neft qiymətləri mülayim tərzdə azalmağa başlayıb.

“Report” xəbər verir ki, bunu sövdələşmələrin nəticələri göstərir.

Belə ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,63% ucuzlaşaraq bir barel üçün 47,58 ABŞ dolları, WTI markalı neftin yanvar fyuçersləri isə 0,71% ucuzlaşaraq bir barel üçün 45,02 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, dekabrın 1-də keçirilməli olan OPEC+ nazirlər iclası dekabrın 3-nə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi