Neft korreksiya səbəbindən ucuzlaşmaqdadır

Neft korreksiya səbəbindən ucuzlaşmaqdadır Üç ticarət sessiyası ərzində orta hesabla 3 %-lik bahalaşmadan sonra dünya bazarlarında neft korreksiya səbəbilə ucuzlaşır
Energetika
26 Avqust , 2021 10:19
Neft korreksiya səbəbindən ucuzlaşmaqdadır

Üç ticarət sessiyası ərzində orta hesabla 3 %-lik bahalaşmadan sonra dünya bazarlarında neft korreksiya səbəbilə ucuzlaşır.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:07-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,69 % ucuzlaşaraq, 1 bareli 70,79 ABŞ dollarına, oktyabr fyuçerslərinin qiyməti isə 0,48 % düşərək, 1 bareli 71,9 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçersləri 0,85 % ucuzlaşaraq, 1 bareli 67,78 ABŞ dolları təşkil edib.

İnvestorların COVID-19 pandemiyası ilə bağlı narahatlıqları qalmaqdadır.

İndeksi 0,05 % artaraq, 92,88 bəndə çatan ABŞ dollarının möhkəmlənməsi da “qara qızıl” qiymətlərinin aşağı düşməsinə dəstək verir.

Son xəbərlər

Orphus sistemi