Neft korreksiya çərçivəsində ucuzlaşıb

Neft korreksiya çərçivəsində ucuzlaşıb Dünya bazarında üç gün ərzində ümumilikdə 5%-lik qiymət artımından sonra neft korreksiya çərçivəsində ucuzlaşıb.
Energetika
15 fevral 2022 06:03
Neft korreksiya çərçivəsində ucuzlaşıb

Dünya bazarında üç gün ərzində ümumilikdə 5%-lik qiymət artımından sonra neft korreksiya çərçivəsində ucuzlaşıb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,81% ucuzlaşaraq, 1 bareli 95,73 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,89% aşağı düşərək, 1 bareli 94,62 ABŞ dolları təşkil edib.

Neft bazarındakı yüksəlişi yanacaq tədarükünə təsir göstərə biləcək qeyri-sabit geosiyasi fon şərtləndirir.

Bununla belə, “qara qızıl”ın qiyməti artmaqda davam edə bilər. Belə ki, analitiklərin proqnozlarına görə, qlobal ehtiyatlar aşağı səviyyədə qaldığı bir zamanda tələb artmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi