Neft kəskin ucuzlaşıb

Neft kəskin ucuzlaşıb "Brent" markalı neftin qiyməti 50 dollardan aşağı düşüb
Energetika
2 Sentyabr , 2015 09:28
Neft kəskin ucuzlaşıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,51 dollar və ya 9,04% ucuzlaşaraq 45,41 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 8,48% yaxud 4,49 dollar azalaraq 49,56 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.