Dünya bazarında neftin qiyməti ötən həftə ərzində artdıqdan sonra cümə günü səhər düşüb.
“Report” xəbər verir ki, “Brent” markalı neftin mart fyuçersləri 0,43 % ucuzlaşaraq 1 barel üçün 83,67 ABŞ dolları təşkil edib.
"WTI" markalı neftin fevral fyuçerslərinin qiyməti isə 0,28 % azalaraq 78,17 ABŞ dolları olub.