Neft hasilatını azaltmaq barədə yeni razılaşma əldə edilib

Neft hasilatını azaltmaq barədə yeni razılaşma əldə edilib Aprelin 10-da “Böyük iyirmilik” (G20) ölkələrinin enerji nazirləri arasındakı videogörüşdə OPEC+ çərçivəsində 2022-ci ilədək müddətə yeni sövdələşmə razılaşdırılıb.
Energetika
11 Aprel , 2020 10:48
Neft hasilatını azaltmaq barədə yeni razılaşma əldə edilib

Aprelin 10-da “Böyük iyirmilik” (G20) ölkələrinin enerji nazirləri arasındakı videogörüşdə OPEC+ çərçivəsində 2022-ci ilədək müddətə yeni sövdələşmə razılaşdırılıb. 

“Report” xəbər verir ki, yeni qaydaya görə, neft hasilatı tədricən azaldılmalıdır.

Rusiyanın energetika naziri Aleksandr Novak televiziyaya müsahibəsində OPEC+ formatının iştirakçı ölkələri tərəfindən qarşıdakı iki ay ərzində hasilatın 10 milyon barel, cari ilin ikinci yarısında 8 milyon barel, gələn il isə daha 6 milyon barel azaldılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi