Neft hasilatı dondurulub

Neft hasilatı dondurulub Qlobal bazarlar xəbəri mənfi qarşılayıb, neft ucuzlaşmağa başlayıb
Energetika
16 Fevral , 2016 13:28
Neft hasilatı dondurulub

Bakı. 16 fevral. REPORT.AZ/ Venesuelanın dünya neft sənayesində hasilatın hazırkı səviyyədə dondurulmasına dair istehsalçı ölkələrə müraciəti ilə bağlı ilkin razılıq əldə olunub. Bu gün Dohada (Qətər) keçirilən OPEC üzvü olan və digər neft hasilatçısı ölkələrin görüşü zamanı əldə edilən razılaşma barədə Qətərin energetika naziri əl-Sada xəbər verib. Qeyd edək ki, hasilatın 11 yanvar tarixindəki həcmində dondurulması qərara alınıb. Hasilatın cari həcminə Qətər tərəfi nəzarət edəcək.

Maraqlıdır ki, xəbərin açıqlanmasından sonra dünya bazarında neft qiymətləri kəskin azalmağa başlayıb. "Report"un analitik qrupu xəbər verir ki, hazırkı hasilat həcmi onsuz da yüksəkdir və təklif tələbi təxminən 1,5 mln. barel/gün üstələyir. Çindən gələn son ixrac və idxaldakı azalma rəqəmləri fonunda neftə qlobal tələbin bir qədər də azalacağı gözlənilir. Analitiklər neft hasilatının azalması qərarının verilməsini gözlədiklərindən, neft bugünkü qərara neqativ cavab verib. Belə ki, "Brent" markalı neftin qiyməti Doha görüşündən əvvəl 35,54 dollar/barel olduğu halda, hazırda bu səviyyədən 4% aşağı düşüb və təxminən 34 dollar/barelə çatıb. Neftin qiymətinin bu səviyyədə sabitləşəcəyi və yenidən yüksələcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi