Yuxarı

Natiq Əliyev: "Neft hasilatı artmaqda davam edir"

Nazirin fikrincə, tikilməkdə olan və fəaliyyət göstərən neft və qaz kəmərlərinin genişləndirilməsi mümkündür

Bakı. 25 aprel. REPORT.AZ/ "BMT-nin statistikası göstərir ki, dünyada neft hasilatı artmaqda davam edir və bu tendensiya 2040-cı illərə qədər davam edəcək". "Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, Xəzər regionu Çin, Asiya, Qərb və digər regionlar arasında əhəmiyyətli körpü rolunu oynayır: "Hər il neft təklifi tələbdən təxminən 1,5 mlrd. barel artıq olur. Lakin qiymətlərin ucuzlaşmasının əsas səbəbi hamının bildiyi, amma bəzilərinin deməyə cəsarət etmədiyi siyasi səbəblərlə bağlıdır. Ölkələr bazarda öz paylarını itirməmək üçün hasilatı azaltmaqdan imtina etdilər".

Nazir Krım hadisələrinin Avropanın qaz təchizatına mənfi təsir etdiyini də deyib: "Məlum hadisələr nəticəsində Rusiyanın Ukraynaya qaz verməməsi 6 Avropa ölkəsinin qazsız qalmasına səbəb olub. BMT-nin göstəricilərinə görə, Xəzər və Orta Asiya regionu çox geniş ölkələrin tələbatını təmin edə bilər. "Şahdəniz", "Kaşaqan" (Qazaxıstan - red.) və "Cənubi Yoloten" (Türkmənistan - red.) yataqları Xəzər regionunu çox qeyri-adi regiona çevirir".

***

Azərbaycanda maksimal illik neft hasilatı 51 mln. ton olub. "Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib: "Hazırda çalışırıq ki, hasilatı sabit saxlayaq".

N.Əliyev bildirib ki, hazırda tikilməkdə olan və fəaliyyət göstərən neft və qaz kəmərlərinin genişləndirilməsi mümkündür.

"Bizim dənizdə layihələrin həyata keçirilməsinə böyük marağımız var. "Şahdəniz" yatağının genişləndirilməsi çərçivəsində Azərbaycan və Gürcüstanda görülən işlərin bir çoxu vaxtından əvvəl başlayıb. Baxmayaraq ki, işlərin 2019-cu ildə yekunlaşması planlaşdırılıb", - deyə nazir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi