Yuxarı

​Neft hasilatçısı ölkələrin növbəti iclası Rusiyada keçiriləcək

Neftdə hədəf 50 dollar/barel

Bakı. 3 mart. REPORT.AZ/ Neft hasilatçısı ölkələrin növbəti iclası martın ortalarında Rusiyada keçiriləcək. Bu barədə "Bloomberg" agentliyi Nigeriyanın neft naziri Emmanuel Kaçikvunun bəyanatına əsasən xəbər verib. "Report" "Bloomberg" agentliyinə istinadən bildirir ki, neft hasil edən ölkələrin əsas hədəfi neftin barelini 50 dollara yüksəltməkdir.

"Biz neft qiymətlərinin çox zəif templə artdığını müşahidə edirik. OPEK üzvü olan və olmayan ölkələr toplanaraq neft qiymətlərinin əhəmiyyətli dərəcədə artımına nail olmalıyıq. Səudiyyə Ərəbistanı da, Rusiya da masa arxasına geri qayıdırlar", -deyə E.Kaçikvu bəyanatında vurğulayıb. 

Qeyd edək ki, fevralın 16-da Rusiya ilə OPEK ölkələri arasında (Qətər, Səudiyyə Ərəbistanı, Venesuela) keçirilən görüşdə neft hasilatının 11 yanvar tarixli həcmdə dondurulması qərarı alınmış, daha sonra bu qərara Nigeriya da qoşulmuşdu. Amma İran tərəfinin anlaşmadan imtina etməsi ilə qərar növbəti görüşə qədər ertələnmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi