Yuxarı
    Bağlamaq

    Neft hasilatçıları hasilatı azaltmaqla bağlı anlaşmaya 86% əməl edib

    Yekun öhdəliyin 558 min bareli və ya 31,8%-i qeyri-OPEC ölkələrinin payına düşür

    Bakı. 24 fevral. REPORT.AZ/ OPEC və kartelə üzv olmayan ölkələrin 2016-cı il noyabrın 30-da Vyana şəhərində əldə etdiyi hasilatın azaldılması ilə bağlı anlaşmaya 86% əməl edilib.

    "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat anlaşmanın nəticlərəninin monitorinqi üzrə müştərək texniki komitənin yaratdığı Komissiya tərəfindən yanvar hesabatında bildirilib. 

    Hesabatda qeyd olunub ki, OPEC ölkələri anlaşmaya 94%, digər ölkələr isə 66% əməl edib. Xatırladaq ki, Monitorinq Komissiyasına Küveyt, Əlcəzair, Venesuela, Oman və Rusiya daxildir.

    Anlaşmaya əsasən, ümumilikdə neft ölkələri gündəlik hasilatı 1,76 mln. barel azaltmağı öhdəlik kimi qəbul ediblər. Bundan 558 min barel/gün və ya 31,8% OPEC üzvü olmayan ölkələrin payına düşür. Bununla da ümumi öhdəlik yanvarda 1,51 mln. barel/gün səviyyəsində icra olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi