Neft Emalı Zavodunun yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində ictimai dinləmələr keçiriləcək

Neft Emalı Zavodunun yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində ictimai dinləmələr keçiriləcək Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədi təqdim olunacaq
Energetika
2033
16 Oktyabr , 2017 11:50
Neft Emalı Zavodunun yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində ictimai dinləmələr keçiriləcək

Bakı. 16 oktyabr. REPORT.AZ/ Noyabrın 8-də saat 10:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda NEZ-in yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində Ekologiya İdarəsi tərəfindən hazırlanmış Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bütün maraqlı şəxslər tədbirdə iştirak edə bilər.

İctimaiyyət nümayəndələrinin tanış olması üçün ƏMTQ sənədi elektron formatda SOCAR-ın rəsmi internet səhifəsində (NEZ ƏMTQ_Faza 2-3.pdf), çap variantı isə NEZ-in kitabxanasında (Nizami rayonu, Oqtay Vəliyev küçəsi 1 ünvanında) yerləşdirilib. Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernizasiya layihəsi, layihənin həyata keçirildiyi dövrdə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də aparılmış monitorinqlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər. İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq.

Maraqlananlar H.Əliyev adına NEZ-in Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentinin Ekologiya şöbəsinin rəisi Qiyas Bayramovla (+99412) 521 00 00 (daxili nömrə 17623) və ya (+99450) 841-76-23 (mob.) telefon nömrələri, eləcə də [email protected] email ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi