Neft Emalı zavodunda yeni bitum qurğusu və maye qaz doldurma məntəqəsi II rübdən tam gücdə çalışacaq

Neft Emalı zavodunda yeni bitum qurğusu və maye qaz doldurma məntəqəsi II rübdən tam gücdə çalışacaq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 2019-cu ilin II rübündə inşa edilən və ötən ilin dekabr ayında istismara verilən yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin tam istehsalat gücündə işləyəcəyi gözlənilir.
Energetika
24 Aprel , 2019 12:25
Neft Emalı zavodunda yeni bitum qurğusu və maye qaz doldurma məntəqəsi II rübdən tam gücdə çalışacaq
0 : 00
0 : 00

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 2019-cu ilin II rübündə inşa edilən və ötən ilin dekabr ayında istismara verilən yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin tam istehsalat gücündə işləyəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda Heydər Əliyev adına Neft Emalı Zavodunun mühəndislik şöbəsinin rəisi Baladadaş Zeynalov bildirib.

O qeyd edib ki, bu il zavodun yenidənqurma və modernizasiyası layihəsi çərçivəsində A və B paketləri üzrə detallı mühəndislik işlərinin yekunlaşması, satınalmanın davam etdirilməsi, zavodun bu il üçün planlaşdırılmış təmirə dayandırılmasına hazırlıq işlərinin görülməsi planlaşdırılır.

Bundan başqa, B.Zeynalov qeyd edib ki, bu il illik istehsal gücü 7,5 mln.ton həcmində olması planlaşdırılan yeni neftin ilkin emalı qurğusunun dizayn və tikintisi üzrə EPC ( Mühəndislik, Layihələndirmə və Tikinti) podratçının seçilməsi proseduru da həyata keçiriləcək.

O bildirib ki, zavod istismar dövründə 300 mln. ton neft emal edib.

Qeyd edək ki, BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin icrası üç mərhələdə (bitum, dizel və benzin) həyata keçirilir. Ötən ilin dekabr ayında yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin istismara verilməsi ilə zavodun modernizasiya layihəsinin ilkin mərhələsi tamamlanıb. Bitum qurğusunun illik istehsal həcmi 400 min ton təşkil edir.

Maye qazdoldurma stansiyası 7 avtoçənə və 5 çən vaqona yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın avtoçən və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə avtoçən və ya dəmir yolu ilə nəqli nəzərdə tutulub.

Zavodun yenidənqurma və modernizasiya layihəsinin 2020-ci ilin sonunadək nəzərdə tutulan 2-ci mərhələsində “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin əvvəlinə nəzərdə tutulan 3-cü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi