Yuxarı
    Bağlamaq

    Neft Daşlarında neftyığma məntəqəsi istismara verilib

    Məntəqənin meydança hissəsi 10 ədəd dayaq blokundan, 9 ədəd aralıq seksiyasından, həmçinin 7 ədəd minik və yanalma meydançasından ibarətdir

    Bakı. 19 yanvar. REPORT.AZ/ SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən “Neft Daşları” yatağında inşa olunan 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi (İNYM) istismara verilib.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, “Neft Daşları” NQÇİ-nin köhnəlmiş separasiya qurğularının yeniləri ilə əvəz edilməsi, eləcə də Xəzər dənizinin neft məhsullarından çirklənməsinin qarşısının alınması üçün neft və lay sularının yığılması və utilizasiyası sistemlərinin yaradılması məqsədi ilə tikilən yeni İNYM-nin inşaat işləri beynəlxalq standartlara uyğun yerinə yetirilib. Məntəqənin meydança hissəsi 10 ədəd dayaq blokundan, 9 ədəd aralıq seksiyasından, həmçinin 7 ədəd minik və yanalma meydançasından ibarətdir. Meydançanın üst hissəsində 4 ədəd 370 kubmetrlik çökdürücü, mədənlərdən gələn neftin ilkin yığımı üçün 4 ədəd 10 kubmetrlik neft tutumu, təmizlənmiş neft üçün 2 ədəd 200 kubmetrlik çən, lay suyu üçün 2 ədəd 1 000 kubmetrlik çən inşa edilib. Çökdürücülər üçün “çiləmə soyutma sistemi” və köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, həmçinin, drenaj bloku, bioloji təmizləmə qurğusu və digər texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif diametrli və təyinatlı boru xətləri çəkilib. İNYM müasir tələblərə cavab verən bütün zəruri avadanlıqlarla təchiz olunubr.

     Qeyd edək ki, 2A saylı İNYM sutkada 2 500 kubmetr neft, 3 250 kubmetr lay suyunu ayırmaq gücünə malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi