Yuxarı

"Neft Daşları" yatağında daha bir quyu istismara verilib

Quyuda istismar işləri “Azneft” İB-nin Neft Daşları NQÇİ tərəfindən həyata keçirilir

Bakı. 7 avqust. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2 595 nömrəli stasionar dəniz özülündə 2 585 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 2 264-2 249 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi