“Neft Daşları” yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

“Neft Daşları” yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verilib Quyu gündəlik 15 ton neft və 7 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
6 Yanvar , 2017 11:27
“Neft Daşları” yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu günlərdə “Neft Daşları” yatağındakı 2387 saylı stasionar dəniz özülündə 2414 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul verib, 1 365-1 360 metr intervaldan gündəlik 15 ton neft və 7 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi