​“Neft Daşları” yatağındakı 2206 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib

​“Neft Daşları” yatağındakı 2206 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir
Energetika
23 İyul , 2015 15:36
​“Neft Daşları” yatağındakı 2206 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Daşları” yatağındakı 1887 nömrəli özüldən 2206 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat bildirilib.

Quyu Fasilə Lay Dəstəsinin X horizontundan fontan üsulu ilə məhsul verib, 2349-2334 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi