​“Neft Daşları” yatağındakı 2075 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

​“Neft Daşları” yatağındakı 2075 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir
Energetika
21 May , 2015 17:59
​“Neft Daşları” yatağındakı 2075 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. 21 may. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 915 saylı meydançadan 2075 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə “Report”a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu Məhsuldar Qatın VIII horizontundan fontan üsulu ilə məhsul verib, 2173-2158 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi