“Neft Daşları” yatağındakı özüldən əlavə 10 quyu qazılacaq

“Neft Daşları” yatağındakı özüldən əlavə 10 quyu qazılacaq Yeni qazılacaq quyuların hər birindən sutkada 20 ton neft və 4 500 kubmetr qaz hasil olunacaq
Energetika
26 Yanvar , 2017 12:24
“Neft Daşları” yatağındakı özüldən əlavə 10 quyu qazılacaq

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündə əlavə 10 quyunun qazılması üçün yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

“Report” SOCAR-a istinadən xəbər verir ki, layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Dənizin 44 metr dərinliyində yerləşən özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaq: “Korroziyaya qarşı mühafizə tədbirləri bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək. Yeni qazılacaq quyuların hər birindən sutkada 20 ton neft və 4 500 kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır”. 

Qeyd edək ki, “Neft Daşları” NQÇİ tərəfindən hazırda 2585 nömrəli özüldə 16 quyu istismar edilir. Yeni obyektin cari ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulur.        

Son xəbərlər

Orphus sistemi