​“Neft Daşları” yatağında yeni quyu istismara verilib

​“Neft Daşları” yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
22 Oktyabr , 2015 16:24
​“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2 150 nömrəli meydançadan 2 156 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1 601-1 593 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Son xəbərlər

Orphus sistemi