Yuxarı
    Bağlamaq

    “Neft Daşları” yatağında yeni quyu qazılır

    Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur

    Bakı. 21 noyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 602A saylı özüldə 2665 nömrəli quyunun qazma işləri davam etdirilir.

    “Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 750 metrdir. 

    Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi