"Neft Daşları" yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağında yeni quyu qazılır Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
14 Avqust , 2015 13:25
Neft Daşları yatağında yeni quyu qazılır

Bakı. 14 avqust. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418A saylı estakadayanı meydançadan 2 613 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 370 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi