Yuxarı

"Neft Daşları" yatağında yeni quyu qazılır

Qala-3 Lay Dəstəsində qazılan quyunun layihə dərinliyi 1 480 metrdir

Bakı. 12 dekabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Neft Daşları” yatağındakı 2 521 nömrəli platformadan 2 256 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.

“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-3 Lay Dəstəsində qazılan quyunun layihə dərinliyi 1 480 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi