“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
27 Dekabr , 2016 11:08
“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. 27 dekabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1637A nömrəli meydançadan 2647 nömrəli quyuda qazma işlərinə başlanılıb.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Girməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 310 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi