“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır Quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
29 Yanvar , 2016 16:21
“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. 29 yanvar. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2585 saylı platformadan 2603 nömrəli quyuda qazma işləri davam etdirilir.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 620 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.