"Neft Daşları" yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağında yeni quyu qazılır Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
25 Yanvar , 2016 16:44
Neft Daşları yatağında yeni quyu qazılır

Bakı. 25 yanvar. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2150 saylı meydançadan 2158 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılır.

Quyunun layihə dərinliyi 1 910 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.


Son xəbərlər

Orphus sistemi