"Neft Daşları" yatağında yeni quyu istismara verilib

"Neft Daşları" yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 31 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
19 Aprel , 2016 17:03
Neft Daşları yatağında yeni quyu istismara verilib

Bakı. 19 aprel. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1954 saylı estakadayanı meydançadan 2688 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib.

Quyu 1 331-1 320 metr intervaldan sutkalıq 31 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Son xəbərlər

Orphus sistemi