“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib Quyu gündəlik 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
27 Sentyabr , 2016 11:14
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2645 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməkialtı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1617-1612 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Son xəbərlər

Orphus sistemi