"Neft Daşları" yatağında yeni quyu istismara verilib

"Neft Daşları" yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
10 Sentyabr , 2015 15:23
Neft Daşları yatağında yeni quyu istismara verilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1 887 nömrəli stasionar dəniz özülündən 2 680 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib. 

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, 3 088-3 073 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Son xəbərlər

Orphus sistemi