Yuxarı

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Quyu sutkalıq 30 ton neft və 16 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib

Bakı. 1 mart. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2603 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib.

Quyu 2 557-2 565 metr intervaldan sutkalıq 30 ton neft və 16 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi