SOCAR Mərkəzi Neftyığma Məntəqəsində inşaat işlərini başa çatdırıb

SOCAR Mərkəzi Neftyığma Məntəqəsində inşaat işlərini başa çatdırıb Hazırda avadanlıqların əlaqələndirilməsi işləri həyata keçirilir
Energetika
27 May , 2015 14:02
SOCAR Mərkəzi Neftyığma Məntəqəsində inşaat işlərini başa çatdırıb

Bakı. 27 may. REPORT.AZ/ “Neft Daşları”nda İriləşdirilmiş Neftyığma Məntəqəsinin tikintisi üzrə işlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti tərəfindən davam etdirilir. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib: "Mərkəzi Neftyığma Məntəqəsində inşaat işləri demək olar ki, başa çatdırılıb, texnoloji avadanlıqların bir hissəsi quraşdırılıb. Hazırda avadanlıqların əlaqələndirilməsi işləri həyata keçirilir".

İnşaat işləri “Neft Daşları” NQÇİ-nin köhnəlmiş iriləşdirilmiş seperasiya qurğularının yeniləri ilə əvəz edilməsi, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün mərkəzləşdirilmiş qaydada lay sularının yığılması və utilizasiyası sistemlərini yaratmaqla ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə həyata keçirilir. Obyekt kompleks xarakterli olub, 1A və 2A saylı seperasiya qurğularından ibarətdir.

Layihə çərçivəsində indiyədək hidrotexniki hissələri 1 479 kv. metr təşkil edən 1A saylı və 767 kv. metr olan 2A saylı analoji qurğuları tikilib, texnoloji avadanlıqlar quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib. 

Mərkəzi Neftyığma Məntəqəsi ilə əmtəə çənləri parkı arasında 5 500 metr uzunluğunda 200 mm-lik estakada boyu lay suyu xətti çəkilib. Mərkəzi Neftyığma Məntəqəsindən 1 saylı sexə, habelə 99, 1955 və 2164 saylı meydançalararası estakada boyunca uzanan 5 900 metr uzunluğunda yüksək təzyiqli lay suyu xəttinin quraşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi