“Neft Daşları” yatağında estakadalar təmir edilib

“Neft Daşları” yatağında estakadalar təmir edilib Estakadalar “Neftqaztikinti” Tresti tərəfindən təmir edilərək istismara verilib
Energetika
17 Mart , 2016 10:46
“Neft Daşları” yatağında estakadalar təmir edilib

Bakı. 17 mart. REPORT.AZ/ “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi 111-239 saylı və 1711-1923 saylı meydançalararası estakadalar “Neftqaztikinti” Tresti tərəfindən əsaslı təmir edilərək istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, 111-239 saylı meydançalararası estakadanın 338 metrlik hissəsi, 1711-1923 saylı meydançalararası estakadanın isə 477 metrlik hissəsi təmir olunub.

Əsaslı təmir işləri zamanı estakadaların altındakı metal-konstruksiyalar yeniləri ilə əvəz olunub, möhkəmləndirici svaylar vurulub, ferma və rigellər yığılıb, çəp dirəklər qaynaq olunub. Estakadanın üst hissəsində isə məhəccər çəpərlər təmir olunub, yeni dəfedicilər quraşdırılıb, dəmir-beton tavalar yeniləri ilə əvəzlənib, elektrik dirəkləri yenilənib, yeni asfalt-beton örtüyü salınıb.

Son xəbərlər

Orphus sistemi