“Neft Daşları” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

“Neft Daşları” yatağında daha bir quyu təmirdən sonra istismara verilib Quyu gündəlik 12 ton neft və 16 300 kubmetr qaz hasilatı ilə istismara daxil edilib
Energetika
25
18 Yanvar , 2017 12:06
“Neft Daşları” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

Bakı. 18 yanvar. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündə 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2 565-2 553 metr intervaldan gündəlik 12 ton neft və 16 300 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.