Yuxarı

"Neft Daşları" yatağında daha bir quyu istismara verilib

Quyu sutkalıq 15 ton neft hasilatı ilə istismara daxil edilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2 150 nömrəli stasionar dəniz özülündən 2 160 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu Məhsuldar Qatın X horizontuna qaytarılıb, 1 275 - 1 271 metr intervaldan qazlift üsulu ilə sutkalıq 15 ton neft hasilatı ilə istismara daxil edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi