Yuxarı

"Neft Daşları” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Quyu sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib

Bakı. 1 aprel. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2282 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2523-2511 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi