"Neft Daşları" yatağında daha bir quyu istismara verilib

"Neft Daşları" yatağında daha bir quyu istismara verilib Quyu sutkalıq 15 ton neft hasilatı ilə istismara daxil edilib
Energetika
12 May , 2016 11:54
Neft Daşları yatağında daha bir quyu istismara verilib

Bakı. 12 may. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2297 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib. O, 2 295-2 276 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi