​“Neft Daşları” yatağında yeni quyu qazılır

​“Neft Daşları” yatağında yeni quyu qazılır Quyudan sutkada 10 ton neft hasilatı nəzərdə tutulur
Energetika
12 Oktyabr , 2015 15:25
​“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2150 saylı meydançadan 2157 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, quyu “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılır.

Quyunun layihə dərinliyi 1830 metrdir. 

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi