“Neft Daşları” sahəsində səyyar müşavirə keçirilib

“Neft Daşları” sahəsində səyyar müşavirə keçirilib Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft-qaz çıxarma idarəsində (NQÇİ) müşavirə keçirilib.
Energetika
14 Yanvar , 2019 16:30
“Neft Daşları” sahəsində səyyar müşavirə keçirilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft-qaz çıxarma idarəsində (NQÇİ) müşavirə keçirilib.

“Report” bu barədə İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, “Azneft”in baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyəti öncə “28 May” NQÇİ-nin və “Neft Daşları” NQÇİ-nin Neft Daşları ərazisində yerləşən obyektlərinə baxış keçirib.

Sonra “Neft Daşları” NQÇİ-nin inzibati binasında müşavirə keçirilib.

Son xəbərlər

Orphus sistemi