​“Neft Daşları”nda səyyar müşavirə keçirilib

​“Neft Daşları”nda səyyar müşavirə keçirilib Daha sonra inşası uğurla davam etdirilən İriləşdirilmiş Neftyığma Məntəqəsinin tikinti obyektinə baxış keçirilib
Energetika
24 İyun , 2015 17:09
​“Neft Daşları”nda səyyar müşavirə keçirilib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft-qaz çıxarma idarəsində bir sıra istehsalat və tikinti obyektlərinə baxış keçirilib, işlərin aparılma tempinin yoxlanılması və istifadə olunan texnologiyalarla bağlı səyyar müşavirə keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Birliyin baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi heyəti əvvəlcə “Neft Daşları” NQÇİ-də 10 quyunun qazılması üçün nəzərdə tutulmuş 1954A saylı estakadayanı meydançada olublar. Bildirilib ki, bu meydançada cari ilin may ayında ilk quyunun qazıntısına başlanılıb.

Daha sonra inşası uğurla davam etdirilən İriləşdirilmiş Neftyığma Məntəqəsinin tikinti obyektinə baxış keçirilib.

Məlumata görə, inşası başa çatdırılmış və istismara buraxılmış 2A saylı İriləşdirilmiş Seperasiya Qurğuları obyektinə, habelə tikintisi başa çatmaqda olan 1A saylı İriləşdirilmiş Seperasiya Qurğularına da baxış keçirilib. Mərkəzi Neftyığma Məntəqəsində hidrotexniki hissənin inşası tam yekunlaşıb, üst hissələrinin tikintisi isə davam etdirilir. Eyni zamanda, məntəqədə 4 ədəd çökdürücü quraşdırılıb və əlaqələndirmə işləri aparılır. İriləşdirilmiş Neftyığma Məntəqəsində inşaat işlərinin ilin sonuna kimi həyata keçirilməsi nəzərədə tutulub.

Səyyar müşavirədə neft-qaz hasilatının artırılması üçün geoloji və texniki tədbirlərin müəyyənləşdirilməsi və bu istiqamətdə prioritet məsələlərin ardıcıllığı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi